Bakıda yağış hasarı aşırdı, 3 maşın altında qaldı - VİDEO

Bakıda yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub.

Bakıda yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə saat əvvəl paytaxtın Nizami rayonunda sürüşmə nəticəsində hasar aşıb.

Qara Qarayev prospekti: 61 ünvanında istinad divarının aşması nəticəsində 3 avtomobil daşlar altında qalıb.

Hazırda mütəxəssislər əraziyə sığorta şirkətlərinin gələrək avtomobillərlə bağlı qiymətləndirmə aparmasını gözləyirlər. Bundan sonra yolun təmizlənməsi işləri icra olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31