Şirvan sakinindən narkotik vasitələr götürülüb
Şirvan şəhər sakinindən narkotik vasitələr götürülüb. DİN-dən “Olaylar”a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Abıyev Sumqayıt şəhəri ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 57 qrama yaxın “Alyse”, 16 qrama yaxın “Tramadol” və 67 qramdan artıq “Paden” həbləri aşkar edilərək götürülmüşdür.
16 Noyabr 2020 14:38 SosialŞirvan şəhər sakinindən narkotik vasitələr götürülüb. DİN-dən "Olaylar"a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş T.Abıyev Sumqayıt şəhəri ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 57 qrama yaxın "Alyse", 16 qrama yaxın "Tramadol" və 67 qramdan artıq "Paden" həbləri aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun icarə əsasında işlətdiyi aptekə baxış zamanı isə əlavə olaraq 118 qrama yaxın "Paden" və 22 qramdan artıq "Tramadol" həbləri də götürülmüşdür. Araşdırma aparılır.