Paytaxtda daha bir sərnişin avtobusu yanıb

Bakıda sərnişin avtobusunda yanğın olub. Fövqəladə Hallar nazirliyindən “Olaylar”a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Bakıda sərnişin avtobusunda yanğın olub. Fövqəladə Hallar nazirliyindən "Olaylar"a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. "Otoyol" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31