Ombudsman Kəlbəcərdəki ekoloji terror ilə bağlı beynəlxalq qurumlara müraciət etdi

Aparatdan bildirlib ki, təcavüzkar Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla və yandırmaqla işğal altında saxladığı ərazilərdə ekoloji terroru davam etdirir.

Olaylar.az xəbər verir ki, Ombudsman Aparatı ermənilərin Kəlbəcər rayonunda törətdikləri son cinayətlərlə bağlı açıqlama yayıb.

Aparatdan bildirlib ki, təcavüzkar Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla və yandırmaqla işğal altında saxladığı ərazilərdə ekoloji terroru davam etdirir.

"Bu regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.

Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edib", - Ombudsman Aparatından bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31