Havanın temperaturu enəcək - Sinoptiklər xəbərdarlıq edir
14 Noyabr 2020 13:55 SosialSinoptiklərin xəbərdarlığına görə, noyabrın 15-i axşamdan noyabrın 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, noyabrın 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Havanın temperaturu tədricən 5-7° enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31