Mirqafar Seyidov işdən çıxarıldı

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən çıxarılıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M.Qafarov vəzifəsindən azad olunaraq nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Emin Şəkinski bir müddət əvvəl ağır sürən xəstəlikdən sonra vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31