Pensiyalarla bağlı ŞAD XƏBƏR
14 Noyabr 2020 10:12 SosialNoyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Olaylar.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili məlumat verib.
Bildirilib ki, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də noyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.
Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları bu ayın 6-da ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31