Ekspertdən xəbərdarlıq: Feysbuk sizi izləyir, silin!

Nadir hallarda Feysbukdan istifadə edirsinizsə, telefonda onun tətbiqini silin.

Axar.az  xəbər verir ki, bu sözləri Rusiyanın "İntellektual Rezerv" şirkətinin direktoru Pavel Myasoyedov deyib.

Ekspert bildirib ki, Feysbuk tətbiqi istifadəçilərini izləməyə imkan verir və cihazın enerjisinin sürətlə tükənməsinə səbəb olur.

Myasoyedov həmçinin bildirir ki, tətbiqin mənfi tərəflərindən biri də istifadəçinin yalnız maraq daxilində olanları ona təqdim etməsindədir. Belə ki, istifadəçi yaxın dostlarının paylaşdığı bir çox postları qaçırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31