Oqtay Gülalıyev sabah Bakıya gətirilir

Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən sabah Bakıya gətirilir.

Olaylar.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Xatırladaq ki, aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən  zəruri dəstək göstərir.(unikal.org)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31