Gürcüstanda komendant saatı tətbiq edilir

Gürcüstanda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar komendant saatı tətbiq edilir.

Olaylar.az-ın məlumatına görə, bu barədə ölkənin baş nazir müavini Maya Tskitişvili brifinq zamanı bildirib.

Yeni qərara əsasən, noyabrında 9-dan başlayaraq saat 22:00-dan 05:00-dək iri şəhərlərdə insanların və nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Komendant saatının qüvvədə qalacağı müddət açıqlanmayıb.

Qeyd edək ki, bu günədək Gürcüstanda 54 852 nəfər koronavirusa yoluxub, 441 nəfər ölüb. Son həftələrdə ölkədə gündəlik 1 500-2 000 yoluxma qeydə alınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31