Rusiyada koronavirusdan ölənlərin sayı 30 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 1,75 milyon nəfəri keçib.

Rusiyada koronavirusa yoluxanların sayı 1,75 milyon nəfəri keçib.

Olaylar.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 20 396 nəfər virusa yoluxub, 364 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 753 836 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 30 251 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 312 927 nəfər virusdan sağalıb, 410 658 nəfərin müalicəsi isə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31