Koronavirusa qarşı mübarizə hamnın vətəndaşlıq borcuna çevrilməlidir
Yalnız bu halda özümüzü, yaxınlarımızı və hərbçilərimizi qoruya bilərik
7 Noyabr 2020 13:15 SosialYalnız bu halda özümüzü, yaxınlarımızı və hərbçilərimizi qoruya bilərik
Dünya ölkələrini cənginə almış koronavirus (COVİD-19) pandemiyasının yeni dağası tüğyan etməkdədir. Belə ki, artıq ksər dünya ölkələrində sözügedən infeksiyaya yoluxma və ölüm hallarının kəskin artması müşahidə olunur. İndiyə qədər bu dəhşətli infeksiyaya qarşı vaksinin tapılmaması isə ciddi tədbirlərin görülməsini zəruri edir. Məhz bu amili nəzərə alan ölkələr Ümumidünya Səhiyyə Təşkilatının tövsiyyələrini və artıq təcrübədən çıxmış xüsusi karantin rejimlərini tətbiq etmək zorunda qalıblar. İnsanların qəbil edilmiş "qızıl qaydalar" a riayət etməmələri karantin rejiminin sərtləşdirlməsilə nəticələnir. Hansı ki, sözügedın "qızıl qayda" olduqca sadə tələblərdən-sosial məsafənin gözlənməsi, gigyenik qayydalara riayət edilməsi və qoruyucu maskalardan istifadədən ibarətdir. Çox təəssüf ki, insanlar özlərinin və yaxınlarının sağlamlığına biganə qalaraq sadlanan qaydalara riayət etməyə tərəddüd edirlər. Etiraf edilməlidir ki, Azərbaycan dövləti koronavirus infeksiyasının yayıldığı ilk gündən onun qarşısınını alınması, eləsə də əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz bunun nəticəsidir ki, hazırda mövcud olan tibbi infrastruktur, ölkəmzin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam şərait yaradır. Lakin görülən tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların sayında artım müşahidə edilir, sanitar-epidemoloji durum pisləşir. İnfeksiyanın yayılma sürəti bir sıra vacib məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edir. Elə bu səbədən də mövcud vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair qərar qəbul edib. Qərara əsasən xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində müxtəlif sahələr və istiqamətlər üzrə fəaliyyət dayandırılır.
Olkə vətəndaşları birmənalı şkildə dərk etməlidirlər ki, infeksiyanın geniş yayıldığı şəhər və rayonlarımızda tətbiq olunan yeni qaydalar ölkəmizdə sanitar-epidemioloji vəziyyəti sabitləşdirmək, xəstəliyin digər ərazilərdə yayılmasını mümkün qədər məhdudlaşdırmaq məqsədi daşıyır. Belə ki, Azərbaycan dövləti hər zaman olduğu kimi, müharibə şəraitində olduğumuz bir dövrdə də əhalinin sosial təminatı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır və bununla bağlı zəruri tədbirləri davam etdirir. Xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayonda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək, həmçinin işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmələr ediləcək.
İndi əsas məsuliyyət ölkə vətəndaşlarının üzərinə düşür. Daha dəqiq, dövlət pandemiyanın yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, əhalinin sosial təminatının müdafiəsi istiqamətində lazım olan bütün addımları atıb. Qalır insanların müvafiq quqrmlar tərəfindən müəyyən edilmiş qaydalara riayət etməsi. Ölkə vətəndaşları müharibə şəraitində olduğumuzu nəzərə alaraq yaxınları, ailə üzvləri ilə bərabər, həm də torpaqlarımızın işğalçılardan təmizlənməsi uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən əsgər və zabitlərimizi düşünməlidirlər. İnsanlarımız qəbul etməlidirlər ki, COVID-19-un geniş yayılması onların sağlamlıqları üçün də ciddi təhlükə yarada bilər. Bunun üçün elə bir narahatverici, yaxud əhalinin heysiyyatına toxunan tələblər irəli sürülmər. Vətəndaşlardan tələb olunur ki, sadəcə mövcud qaydalara riayət etməklə özünüzü, yaxınlarınızı və ən nəhayər əsgər və zabitlərmizi qoruyun. Tələb isə ondan ibatrətdir ki, iaşə obyektləri, ictimai nəqliyyat, istənilən qapalı məkan, insanların sıx toplaşdığı yerlər infeksiyaya yoluxmaq üçün əlverişli məkan hesab olunduğundan həmin ərazilərdə qoruyucu vasitələrdən mütləq istifadə etsinlər. Ümumilikdə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etmək, sosial məsafəni gözləmək, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyena qaydalarına əməl etmək hamımızın vətəndaşlıq borcuna çevrilməlidir.
Nurlan
Olaylar.az