Həmyerlimiz Ukraynada deputat seçildi

Ukraynada azərbaycanlı Dinara Həbibullayeva "Avropa həmrəyliyi" Partiyasından Kiyev şəhər şurasının deputatı seçilib.

O, öz qələbəsini "Facebook" hesabından bəyan edib.

Həmyerlimiz onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.

Xatırladaq ki, şəhər şurasına seçkilər oktyabrın 25-də keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31