Koronavirusun ən dəqiq simptomları AÇIQLANDI
7 Noyabr 2020 10:43 SosialRusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş pulmonoloqu Sergey Avdeev koronavirusun dəqiq simptomlarını açıqlayıb. O, bu barədə "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində COVID-19-la bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Olaylar.az "RİA Novosti"yə istinadla xəbər verir ki, baş pulmonoloq bildirib ki, koronavirus xəstələrinin 90 faizində hərarət 37,5 dərəcədən yuxarı olur.
"Mən ikinci yerdə ümumi zəifliyi və əzginliyi qeyd edərdim ki, xəstələrin təxminən 40 faizində belə hallar müşahidə olunub. Bundan başqa, virusa yoluxanların 40 faizində öskürək, 30 faizində nəfəs darlığı, 20 faizində baş ağrısı və təxminən 10 faizində boğaz ağrısı qeydə alınır", - deyə mütəxəssis bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31