Dövlət Bayraq gününə həsr olunmuş təhsil və vətənpərvərlik mövzusunda onlayn seminar

Noyabrın 7-də Təhsil Nazirliyi yanında İctimai Şura və T-NETWORK platformasının birgə təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçiriləcək. Olaylar.az bildirir ki, seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılacaq.

Noyabrın 7-də Təhsil Nazirliyi yanında İctimai Şura və T-NETWORK platformasının birgə təşkilatçılığı ilə "Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər" adlı onlayn seminar keçiriləcək.

Olaylar.az bildirir ki, seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən "Vətənpərvərlik və onun meyarları nələrdir?", "Necə öyrədirik?", "Necə öyrətməliyik?" sualları ətrafında müzakirələr aparılacaq.

Azərbaycan Respublikasının Dövlət Bayraq Gününə həsr olunan tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Türkiyə Cümhuriyyəti Milli Təhsil nazirinin məsləhətçisi Erhan Angın,  Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, "Milliyet" qəzetinin təhsil şöbəsinin redaktoru Abbas Güçlü, Fide Okullarının yaradıcısı Ali Koç, qabaqcıl müəllim və yazıçı Ahmet Naç, Xocalı rayon Yaloba kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərhad Quluzadə iştirak edəcək. Seminarın moderatoru  T-NETWORK-un koordinatoru Cəfər Mənsimi və eyni adlı platformanın tədqiqat və inkişaf üzrə baş mütəxəssisi, təhsil eksperti Qoşqar Məhərrəmovdur.

Seminarı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31