ÜST bəşəriyyəti yeni pandemiyaya hazırlaşmağa çağırıb
6 Noyabr 2020 12:36 SosialÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa çağırıb.
Olaylar.az-ın məlumatına görə, bu barədə təşkilatın Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası ərəfəsində yayımlanan bəyanatında deyilir.
Qeyd olunur ki, yeni pandemiyaya hazırlıq məsələsi Assambleyanın sessiyasında müzakirə olunacaq əsas mövzulardan olacaq:
"Biz son bir il ərzində gördük ki, möhkəm səhiyyə infrastrukturuna malik ölkələr SARS-CoV-2 virusunun yayılmasına nəzarətin və bunun qarşısının alınmasında daha səmərəli iş görə bilib".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası noyabrın 9-14-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31