Şəhidim, şahidəm  - Vətən sənsən!

Bir gün altı yaşlı oğlum məktəbdən evə gəlib həyəcanlı şəkildə - Ana, mən də Milli Qəhrəman olacağam dedi. Sevindim, düşündüm ki, nə xoşbəxtəm vətənimi sevən bir insan da yetişir. Lakin imkan vemədi uzun çəksin sevincim.
Amma mən şəhid olmaq istəmirəm dedi. Donub qaldım, özümü yığışdırıb ona göstərmək üçün döyüşlərdən sağ çıxan Milli Qəhrəman axtardım. Təssüf tapa bilmədim. Amma ona qəhrəmanlığı tək döyüşlərdə deyil, gördüyü hər işdə edə biləcəyini anlatdım. 5 il sonra 2016-cı ildə ona Milli Qəhrəmanımız Şükür Həmidovun rəsmini göstərib dedim: - Gördünmü, bütün Milli Qəhrəmanlar şəhid olmur . Sən də Onun kimi Vətəni sev, ol Milli Qəhrəman dedim. İndi necə deyim ki, artıq Şükür Həmidov da şəhid olub?  Mənim haqlı olduğumu siz də təsdiqləyin  igidlərim. Düşmənə həddini bildirin amma özünüzü də unutmayın, qoruyun. İşğal sona yetsin sağ-salamat qayıdın. Övladlarımız avtoqrafı sizlərdən alsınlar. Qələbə paradından keçən Milli Qəhrəmanlardan ibarət dəstələrin şəkillərini tarix kitablarına həkk edək. Oğlum artıq  böyüyüb, 16 yaşı var, amma yenə Milli Qəhrəman olmaq niyyətindən əl çəkməyib. Artıq şəhidliyin daha yüksək məqam olduğunu anlayır. Deyir- sevinək ki, uğrunda  şəhid ola biləcəyimiz Vətənimiz var. Bir yeniyetmənin  bu fikirdə olması artıq düşmənin çoxdan məhv olmasıdır. Torpağa tapşırılan hər bir şəhid düşməni sevindirir. Anlamırlar ki, torpağa basdırdığımız hər bir şəhid həm də şərəf toxumudur. Bəli, biz toxumuq, bir ölsək,  min dirilirik. Toxumumuz su ilə yetişmir, qanla suvarılır. Axan qanımız düşməni sonuna  yaxınlaşdırır.  90-cı illərdə əkilən toxumlar artıq cücərib boy atıb, gördüyünüz  Vətən sevgisi, bu döyüş ruhu , bu intiqam intiqam atəşi  mənlik adlı o ağacın meyvələridir. VƏTƏN onu qoruyan və uğrunda ölümü gözə alanındır. Qalan sözlər boşuna söylənmiş fikirlərdir. Torpağa su qarışdırsan palçıq, qan qarışdırsan VƏTƏN olar. Şəhidim sən bu torpağı qarışdırdığın qanınla daha da şərəfləndirdin , böyütdün, ucaltdın. Ucalarda qalacaqsan nə qədər bu VƏTƏN var.  Biz Səni itirmədik, əsla, əksinə qazandıq. Var ol, yaşa daima yaddaşlarda.

VƏFA HÜSEYNZADƏ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31