Koronavirusla bağlı çox pis xəbər... - SON DƏQİQƏ
5 Noyabr 2020 11:39 SosialDünyada koronavirusdan gündəlik ölüm sayında rekord müəyyənləşib. Belə ki, son sutkada 9763 nəfər COVID-19 qurbanı olub.
Redaktor.az xəbər verir ki, COVID-19 pandemiyası sürətlənib. Məsələn, Yunanıstanda qismən tətbiq olunan lokdauna baxmayaraq, gündəlik koronavirusa yoluxmada maksimum say aşkar edilib - 2646. ABŞ-da isə analoji göstərici ilk dəfə 100 mini keçib.
Xatırladaq ki, dünyada təsdiqlənmiş COVID-19-a yoluxma hallarının sayı 48 milyonu keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31