Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb

Xankəndi sakinlərinin azı 70 faizi Ermənistana qaçıb, bu isə 40 min insan deməkdir.

Xankəndi sakinlərinin azı 70 faizi Ermənistana qaçıb, bu isə 40 min insan deməkdir.

Bu barədə şəhər "meri" David Sarkisyanın "Sputnik"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, şəhərdə təxminən 17 min insan qalıb. Separatçı rejim həmin sakinləri də təxliyyə etməyə hazırlaşır.

Eyni zamanda, Xankəndidə nəqliyyatın azlığı səbəbindən şəhər "rəhbərliyi" qalan əhalini qida və zəruri ehtiyaclarla təmin etməyə çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31