Şəkinin giriş-çıxışına polis postu quruldu
Şəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında polis postları qurulub.
4 Noyabr 2020 16:29 SosialŞəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında polis postları qurulub.
Postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri xidmət aparırlar. Şəhərə daxil olan avtomobillər yoxlanılır.
Sürücülərlə maarifləndirici söhbətlər aparılır. Onların diqqətinə tibbi maskadan istifadənin vacibliyi çatdırılır. Onlara bildirilir ki, görülən tədbirlər dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən pandemiyanın qarşısının alınması məqsədi daşıyır. Qaydaları pozanların isə barələrində qanunauyğun tədbirlər görülür.
Qeyd edək ki, ölkəmizin bir neçə şəhər və rayonunda karantin rejimi tətbiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31