Mağazanı qarət etməyə cəhd edən şəxslər tutulublar

Nərimanov rayonu ərazisindəki mağazaların birindən oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, noyabrın 3-də saat 14 radələrində Nərimanov rayonu ərazisindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən həmin mağazadan 1500 manat dəyərində 4 ədəd kompyüter oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - R.İsmayılov və Z.Musayev saxlanılaraq 18-ci Polis Şöbəsinə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31