Növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu noyabrın 4-ü Xətai rayonu, M.Hadi küçəsi, 2944A (Yeni ünvan sisteminə görə Xətai rayonu, Çingizxan Kərimov küçəsi, 92), noyabrın 6-da isə Xətai rayonu, G.Şıxlınski küçəsi 2942b (Yeni ünvan sisteminə görə Xətai rayonu, G.Şıxlinski küçəsi, 92) ünvanında keçiriləcək. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "Olaylar"a bildirilib ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31