Sosial təminat üzrə 890,9 milyon manat çox vəsait ödənilib
4 Noyabr 2020 12:33 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-oktyabr aylarında ümumilikdə 2 milyon 610 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bu təminat növləri üzrə əhaliyə bu ilin 10 ayında ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat ödənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31