Nə yeyək, zəhərlənməyək? - Mövzu televiziya verilişində müzakirə olundu - VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi” layihəsinin icrası davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi "Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi" layihəsinin icrası davam edir.

Olaylar.az xəbər verir ki, oktyabrın 30-da layihə çərçivəsində "Dialoq.info" MMC-yə daxil olan "Yeni kanal" internet televiziyasında "Yayın qida rasionu: Nə yeyək, zəhərlənməyək?" adlı veriliş hazırlanıb.

Layihənin rəhbəri Elman Cəfərlinin moderatorluğu ilə baş tutan verilişdə həkim-pediatr Gülşən Əliyeva və layihənin eksperti, araşdırmaçı jurnalist Vilayət Muxtar iştirak edib. Layihənin rəhbəri Elman Cəfərli bildirib ki, isti yay aylarında qida qəbulu ciddi yanaşma tələb edir: "May, iyun, iyul, avqust, sentyabr aylarında qida məhsullarının düzgün saxlanmaması və vaxtı keçmiş ərzaqlarla qidalanma nəticəsində zəhərlənmə halları artır. 2019-cu ilin 11 ayının (yanvar-noyabr) ayının statistikası göstərir ki, ən çox zəhərlənmə isti aylara (may-sentyabr aylarına) təsadüf edir. İsti aylarda bəzi ərzaqların saxlama müddəti ciddi surətdə azalır".

Həkim pedatr Gülşən Əliyevan yay aylarında qida zəhərlənmələrinin səbəblərindən danışıb: "Qida zəhərlənmələrinin əsas səbəbi qidalardakı kimyəvi, süni qatqı maddələrin təsiridir. Zəhərlənmə ilə nəticələnə bilən bu qidalardan sığortalanmaq üçün müəyyən standartlara riayət etmək, açıq havada satılan, istifadə müddəti keçmiş məhsullara diqqət etmək vacibdir. Əhalinin satışdakı ət və qablaşdırılmış süd məhsulları, pendir, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad, rəngli qazlı içkilər kimi qidalara diqqət etməsi vacibdir. İsti aylarda qarpız, balıq,yumurta, göbələk, pomidor, dönər, dondurma, tort və s qidaların qəbuli zəhərlənmə riskini artırır".

Araşdırmaçı jurnalist Vilayət Muxtar yay aylarında qidadan zəhərlənmənin qarşısını almaq üçün geniş maarifləndirmə tədbirlərinin vacib olduğunu bildirib:

"Yay aylarında əhalinin qida məhsullarından zəhərlənməsinin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, müxtəlif yaş qrupuna daxil olan insanlar arasında məlumatlandırma tədbirlərinin keçirilməsinə ehtiyac var.

Son vaxtlar ənənəvi mediada: qəzetlərdə, saytlarda və televiziyalarda insanları zəhərlənmə yaradan qidalardan, "fast-food" yeməklərdən, saxta içkilərdən uzaq durmağı təşviq edən materiallar, maarifləndirici çarxlar yayınlanır. Bu, olduqca vacibdir. Ancaq sosial şəbəkələrdə təbliğatın aparılması daha vacibdir. Çünki indi məktəblilər, tələbələr və digər sosial qruplara daxil olan insanların əksəriyyəti xəbəri sosial şəbəkədən alır".(cəbhə.info)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31