İzmirdə ümidlər tükənmir: Üç yaşlı uşaq 65 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
2 Noyabr 2020 10:10 SosialTürkiyənin İzmir şəhərində üç yaşlı uşaq 65 saat sonra 6,6 bal gücündə olan zəlzələnin dağıntıları altından sağ çıxarılıb.
Olaylar.az Türkiyə kivlərinə istinadən xəbər verir ki, Elif Perinçek sağ-salamat onu ümidlə gözləyən yaxınlarına təslim edilib.
Elif Perinçekin dağıntılar altında qalan anası Seher Dereli və on yaşlı əkiz bacıları Ezel və Elzem də 16 saat sonra dağıntılar altından sağ çıxarılıb. Amma yeddi yaşlı qardaşı Ümidi xilas etmək mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31