Gəncədə koronavirusla mübarizə tədbirləri davam etdirilir - FOTOLAR
1 Noyabr 2020 16:05 Sosialəncədə koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər davam etdirilir.
Unikal.org xəbər verir ki, səhər saatlarından başlayaraq şəhərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.
Qeyd edək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq olunub.
Tibbi-profilaktiki tədbirlərlə yanaşı, Gəncədə abadlıq işləri də həyata keçirilir. Gəncə şəhər MKTİB-nin işçiləri şəhərin müxətlif ərazilərində genişmiqyaslı təmizlikişləri aparıb, yaşıllıqlara qulluq göstəriblər.