XİN-dən ölkəmizdə işgəncəyə məruz qaldığını diddia edən erməni əsirlə bağlı AÇIQLAMA

Xarici İşlər Nazirliyi Azərbaycanda işgəncələrə məruz qaldığını iddia edən 85 yaşlı Evgeniya Babayanla bağlı məsələyə aydınlıq gətirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib ki, həmin qadın sonradan fiziki zorakılığa məruz qalıb:

"O, sağlamlıq vəziyyətinin yaxşı olmamasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib".

"Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik", - deyə XİN rəsmisi qeyd edib.(oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31