İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib

İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib.

Olaylar.az-ın məlumatına görə, aparılan təhlillər onu göstərir ki, koronavirusun yeni ştammı son 4 ay ərzində geniş yayılıb.

Bu mutasiyanın ilk nümunələri iyul ayına aid olub.

Qeyd olunur ki, hazırda İspaniyada yayılan COVID-in 90 faizi məhz yeni ştamma aiddir.

Bundan başqa, həmin növ Böyük Britaniya, İrlandiya, Almaniya, İtaliya, Honq Konq, Yeni Zelandiya və Avstraliyada qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31