Bakı gecə Türkiyə bayrağının rənglərinə boyandı – FOTOLAR

Türkiyənin Cümhuriyyət Günü münasibətilə oktyabrın 29-da Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyə Respublikasının bayrağı videoproyeksiya olunub.

Bu, "bir millət, iki dövlət" olan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı dostluğu, qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirib.

Axşam saatlarında video proyeksiyanı paytaxt sakinləri, eləcə də Türkiyənin Azərbaycandakı səfiri Ercan Özoral izləyiblər.

Xatırladaq ki, dünən qardaş Türkiyədə Respublika Günü qeyd olunurdu.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31