"İti qovan" söz birləşməsi necə yarandı?
25 Oktyabr 2020 16:23 SosialTanınmış yazıçı, "Olaylar" qəzetinin Baş redaktoru Yunus Oğuz "İti qovan" ifadəsinin etimologiyasından yazıb.
""İti qovan"ın etimologiyasından: Deməli, kənd yerində, rayonların bəzi məhləsində sülək itlər olur, axşamdan səhərə qədər zingindəyir, ya da boşuna hürüb, baş-beyni xarab eyləyir, yatmağa, dincəlməyə qoymurdu. Yəqin indi də var. Evin kişisi ya özü, olanda oğlanlarından birinə deyərdi: Dur get o süləyi qov, beynimizi xarab elədi. Adam əlinə ya ağac alar, ya da hay-küylə İTİ qovardı. Sonradan bu el məsəlinə "İTİ QOVAN KİMİ" DÜŞDÜ", - Y.Oğuz Facebook-dakı hesabında qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31