Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb
24 Oktyabr 2020 18:09 SosialAmerikada yaşayan soydaşımız, Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli Nyu York şəhəri, 9-cu konqres dairəsinin təmsilçisi xanım Yvette Klark ilə görüşüb. Ercan Yerdələnli Qarabağ həqiqətləri və Ermənistan terroru barədə dairə təmsilçisinə məlumat verib. Görüşdə iştirak edən Türkiyənin Nyu-Yorkdakı Baş konsulu cənab Reyhan Özgür də Ermənistanın işğalçı siyasət yürütdüyünü bildirib. Xanım Yvette Klark görüşdən məmnunluğunu ifadə edib, seçkilərdən sonra yenidən görüşməyə söz verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31