ABŞ-da son sutkada 83 757 nəfər COVID-19-a yoluxdu

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 83 757 yoluxma halı qeydə alınıb, 943 nəfər vəfat edib.

Olaylar.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan indiyədək ABŞ-da 8 493 747 nəfər koronavirusa yoluxub.

ABŞ-da 224 min insan COVID-19-dan həyatını itirib, 3,4 milyon insan isə xəstəlikdən sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31