Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb
23 Oktyabr 2020 11:28 SosialErmənistanda koronavirusa yoluxanların sayı 73 310 nəfərə çatıb.
Olaylar.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 474 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 14 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 145 nəfər koronavirusdan ölüb, 21 560 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31