Hərbi çağırışçılar COVİD-19 testindən keçirilirlər

Hərbi xidmətə çağırılan şəxslərin COVİD -19-la bağlı testlərdən keçirilməsi davam edir.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyyə Nazirliyi nəzdində yaradılmış COVİD 19-la bağlı İşçi Qrupunun üzvü Nailə Daşdəmirova deyib.

O bildirib ki, sahə məntəqələrinin tibbi heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhərində 11 rayon üzrə İdarələrinə ezam olunub: "Sahə tibb məntəqələrinin işçiləri ora səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımızdan hərbi xidmətə yollanmazdan əvvəl COVID-19 virusunun aşkarlanması məqsədilə test nümünələri götürmək üçün göndərilib. Götürülən testlərin nəticələri bir necə saat ərzində əldə olunması və nəticədən asılı olaraq müfaviq tədbirlər görülüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31