Mənəvi Dəyərlərin Təbliği Fondu və ASAN Radio tərəfindən videoçarx hazırlanıb

Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan ölkəmizə qarşı növbəti təxribata əl atmış, nəticədə  Azərbaycan tərəfi zəbt edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində əks-hücum əməliyyatlara başlayıb. İşğalçı Ermənistan ordusu beynəlxalq norma və konvensiyaları kobud şəkildə pozaraq mülki əhalimizi, yaşayış məntəqələrimizi müxtəlif növ, o cümlədən qadağan olunan silahlardan atəşə tutur, hətta cəbhədən uzaq yaşayış məntəqələrini dağıdır, dinc insanları qətlə yetirir. Mənfur xislətindən əl çəkməyən ermənilər münaqişəyə dini çalarlar əlavə edərək başqa istiqamətlərə çəkməyə çalışırlar.

"OLAYLAR"-a daxil olan xəbərə görə, hazırki Vətən müharibəsi fonunda ən aktual məsələlərdən biri də informasiya mübarizəsidir. Bu baxımdan, Azərbaycan həqiqətlərinin, ölkəmizdə yaşayan qeyri-islam konfessiyalarının nümayəndələrinin münaqişə haqda mövqelərinin, haqq səsimizin  dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və ASAN Radio tərəfindən videoçarx hazırlanıb. Qeyd olunan videoçarxda ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələrinin çıxışı öz əksini tapıb.

--

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31