Hərbçilərimizin infeksiya təhlükəsindən xilası öz əlimizdədir

Vətəndaşlar koronavirusa qarşı mübarizədə fəal olmalıdırlar

Vətəndaşlar koronavirusa qarşı mübarizədə fəal olmalıdırlar

Son günlər bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa (COVİD-19) yoluxma hallarının artımı müşahidə olunmaqdadır. Rəsmi məlumata görə, ölkəmizdə koronavidisa yoluxma sayı müalicə olunanların sayını üstələməkdədir. Ölkədəki gigiyenik-epidemoloji vəziyyəti qiymətləndirən ekspertlər hesab edirlər ki, infeksiyaya yoluxma sayının artması istisna edilmir. Buna səbəb kimi payız mövsümündə infeksiya xəstəliklərinin artması göstərilsə də, vətəndaşların karantin rejiminə məsuliyyətsiz yanaşması da öz sözünü deyir. Belə ki, insanlarda yaranan arxayınçılıq və biganəlik pandemiyanın tüğyan etməsinə səbəb olub. Məlum olduğu kimi Azərbaycan haqlı savaşında fikirlər ön cəbhəyə yönəldiyindən koronavirusa qarşı mübarizə arxa plana keçib. Məhz vətəndaşların bu cür davranışı, xüsusən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələrinin lazımi səviyyədə icra olunmaması gözə görünməyən düşmənin daha da fəallaşması ilə nəticələnib. Ancaq insanlar dərk etməlidirlər ki, sözügedən qaydalara riayət etməməklə təkcə özlərini deyil, eləcə də öz yaxınlarını və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərçilərimizi təhlükə altına qoyurlar. İnsafən qeyd edilməlidir ki, bu vaxta qədər Azərbaycan dövləti koronavirus pandemiyası ilə mabarizə sayəsində ardıcıl tədbirlər həyata keçirib. Nəticədə dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavidusdan həyatını itirənlərin sayı minimuma endirilib. Lakin nəzərə almaq lazımdır ki, payız-qış mövsümü həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVİD-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başçıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Unutmaq olmaz ki, səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir. Odur ki, vətəndaşlarımız hələlik koronavirusa qarşı mübarizədə "qızıl qayda" deyilən gigyenik qaydalara riayət etməli, sosial məsafəni gözləməli və qoruyucu maskalardan istifadə etməlidirlər. Çox təssüf ki, bəzi insanlarımız nəinki bu qaydalara riayət etmirlər, hətta onlara irad tutanlara qarşı aqressivlik nümayiş etdirilər. Belə hallara daha çox istimai nəqliyyatda rast gəlinir ki, bu da yoluxma sayının artmasına zəmin yaradır. Təsadüfi deyil ki, hazırda  yoluxma riski daha yüksək olan regionlara gediş-gəliş məhdudiyyətləri tətbiq edilib, metronun fəaliyyəti dayandırılıb, bütün təhsil müəssisələri məcburi tətilə buraxılıb.  Konkret olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılmasına qərar verilib. Nəzərə almaq lazımdır ki, sadalanan məhduduyyətlər təsadüfi deyil, paytaxtda və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilib, təhlil olunub, bütün risklər müəyyənləşdirilib və onların qarşısının alınması üçün profilaktik tədbirlər müəyyən edilib. İndi qalır hamının koronavirusa qarşı fəal mübarizəyə qoşulması. İnsanlarımız dərk etməlidirlər ki, hazırki şəraitdə Azərbaycanın ərazü bütövlüyünün və suverenliyinin bərpası mənfur düşmənə qarşı vuruşan əsgər və zabitlərimizin sağlamlığından keçir. Lakin vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət olunmaması, maskadan istifadə olunmaması, distansiya saxlanmaması çətinliklə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsi və xəstəliyin sürətlə yayılmasına səbəb olur. Odur ki, insanlarımız bu qaydalara əməl etməklə əsgər və zabitləimizin sağlamlığını təmin edə bilərlər. Xüsusilə qeyd edilməlidir ki, koronavirus infeksiyası yoxa çıxmayıb, bu xəstəliyə qarşı peyvənd tətbiq olunmayıb. Belə halda insanların sağlamlığına etibarlı zəmin yaradılmayana kimi müəyyən olunmuş qaydalara riayət etmək hamının həyat norması olmalıdır. Bu baxımdan vətəndaşlar qripə qarşı vaksinasiyada fəal iştirak etməli, bununla da həm özlərinin, yaxınlarının, ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə töhfələrini verməlidirlər. Yalnız bu halda hərbçilərimizi infeksiyaya yoluxma təhlükəsindən xilas edə bilərik.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31