AzTU daha bir əməkdaşlıq müqaviləsi imzaladı
Azərbaycan Texniki Universiteti (AzTU) və “SKAZ AUTOHOUSE” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
22 Oktyabr 2020 13:36 SosialAzərbaycan Texniki Universiteti (AzTU) və "SKAZ AUTOHOUSE" MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Toğrul Paşayev imzalayıb. Müqaviləyə əsasən tərəflər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat sektorunda elmi-texniki, innovativ, texnoloji yeniliklərin tətbiqi, gənc startapçıların layihələrinin reallaşdırılaraq icrasına dəstəyin göstərilməsi, əmək bazarının tələblərinə uyğun müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən kadrların hazırlanması istiqamətində əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində AzTU-nun Maşınqayırma və robototetxnika fakültəsinin bakalvr və magistr tələbələrinin şirkətdə təcrübə keçmələri və işlə təmin olunmaları da həyata keçiriləcək.