“Təhsilə yeni baxış” adlı onlayn müzakirə

Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutun tərəfdaşlığı ilə “Təhsilə yeni baxış” adlı onlayn müzakirə keçirilib. Müzakirə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun mətbuatda dərc edilən və geniş maraq doğuran eyniadlı məqaləsinin tezisləri ətrafında aparılıb.

Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutun tərəfdaşlığı ilə "Təhsilə yeni baxış" adlı onlayn müzakirə keçirilib. Müzakirə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun mətbuatda dərc edilən və geniş maraq doğuran eyniadlı məqaləsinin tezisləri ətrafında aparılıb.

Olaylar.az bildirir ki, Təhsil nazirinin müşaviri Elnur Nəsibov müzakirəni açaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbələri münasibəti ilə iştirakçıları təbrik edib. Elnur Nəsibov bildirib ki, professor Şahlar Əsgərovun "Təhsilə yeni baxış" adlı məqaləsində qeyd edilən əsas tezislərdən biri vətənpərvərlikdir. Bu tezis Prezident İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbulunda da xüsusilə önə çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təkmilləşdirmə işlərinin aparılması tapşırıq kimi qarşıya qoyulub.

Daha sonra çıxış edən Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti  icra edən, direktor müavini Anar Nağıyev tariximizin şərəfli səlnaməsinin yazıldığı vaxtda təhsillə bağlı vacib məsələlərin müzakirəsinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Anar Nağıyev Şahlar Əsgərovun "Təhsilə yeni baxış"ının əhatə etdiyi tezislərinin fəlsəfi və praktiki baxımdan müzakirəsinin vacibliyini qeyd edib. 

Məqalənin müəllifi Şahlar Əsgərov müzakirənin təhsilə olan dəyərin göstəricisi olduğunu bildirərək təşkilatçılara təşəkkür edib.

Müzakirələrdə Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, şöbə müdirləri Piralı Əliyev, Akif Abbasov, Hümeyir Əhmədov, İntiqam Cəbrayılov, Təhsil Nazirliyi yanında İctimai şuranın katibi  İlqar Orucov, təhsil eksperti Qoşqar Məhərrəmov, təhsilin idarə olunması ixtisası üzrə mütəxəssis Cəfər Mənsimi və digərləri çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31