Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı

Nəsimi rayonunda (AF Mall) yerləşən "AnderSon" ailəvi kafelər şəbəkəsinin sahibi Anastasiya Tatulova şəxsi sosial şəbəkə hesabında paylaşım edərək "Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm", - deyə qeyd edib.

Bundan sonra sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər, indiyə kimi kafedə olmuş müştərilər də şərh yazaraq obyekti boykot etdiklərini bildirərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd ediblər.

Bir müddət sonra A.Tatulova paylaşımını silib. Dünən isə həmin kafe fəaliyyətini dayandırıb və Tatulova barəsində araşdırmalar aparılır. qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31