Ombudsman yeni hesabat hazırladı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar hesabat hazırlsyıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı, yaralanma və dağıntılarla əlaqədar hesabat hazırlayıb. "Olaylar" xəbər verir ki, hesabatda qeyd olunur ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədi ilə ardıcıl olaraq hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri 2020-ci il 17 oktyabr tarixində gecə saat 01 radələrində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, ölkəmizin qədim tarixə malik ikinci böyük şəhəri olan Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini növbəti dəfə Ermənistan ərazisindən ballistik raket atəşinə tutmuşdur. Artıq beşinci dəfədir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərini qadağan olunmuş silahlardan istifadə olunmaqla atəşə tutmuş və onlardan üçü əhalinin sıx məskunlaşdığı əraziyə düşərək ağır tələfatlara səbəb olmuşdur. Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində yenə də insanlar arasında çoxsaylı tələfat və yaralanma halları baş vermiş, bir çox mülki infrastruktur obyektləri dağıdılmış, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31