8 yaşlı Zəminədən maraqlı VİDEO-ÇARX
20 Oktyabr 2020 16:21 SosialBakı şəhəri 55 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Zəminə Vüqar qızı Ağacanlı vətənpərvərlik mövzusunda video-çarx hazırlayıb.
Balaca vətənpərvər qızımız Zəminənin hazırladığı video-çarx sosial şəbəkələrdə maraqla qarşılanıb.
Vətənpərvər ruhda böyüyən balaca Zəminənin təhsildə əldə etdiyi uğurlarda müəlliməsi Məhbubə Qarayevanın böyük rolu var. Atası Vüqar da Zəminənin dərsdənkənar məşğələlərinə yardım edir, vətənpərvərlik ruhunda video-çarxlar hazırlamasına dəstək verir.
Balaca Zəminənin ən böyük arzusu Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması, qaçqın soydaşlarımızın öz yurd-yuvalarına qayıtmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31