Deputat: “Uşaqlara xarici dil öyrənmək əlçatan olmalıdır”
“Bütün uşaqlara xarici dil öyrənmək əlçatan olmalıdır. Ölkədə dil öyrənməyi müxtəlif qlobal güclərin təsiri altına düşmən kimi qələmə verənlər yanılırlar”.
20 Oktyabr 2020 15:06 Sosial"Bütün uşaqlara xarici dil öyrənmək əlçatan olmalıdır. Ölkədə dil öyrənməyi müxtəlif qlobal güclərin təsiri altına düşmən kimi qələmə verənlər yanılırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məslisin plenar iclasında deputat deyib: "Bu gün müharibə şəraitində müharibədə qalib olmaq üçün xarici dil bilməyin nə qədər vacib olduğunu gördük. Hansı təbəqəyə aid olmasından asılı olmayaraq, dil öyrənmək əlçatan olmalıdır. Dil bilgisi heç bir ölkənin maraqlarına xidmət etmir. Prezident İlham Əliyevin xarici dillərdə verdiyi müsahibələr diplomatik sahədə qələbəmizi şərtləndirir. Heç bir dildə düzgün danışmayan Paşinyanla yanaşı, informasiya savaşında bizə qarşı olan xarici kanalları da Prezident xarici dillərdə möhtəşəm müsahibələri ilə mat qoydu".