Razi Nurullayev: “Bu gün təhsil sahəsində görülən işlər dəryada damladır”
“Bu gün güclü təhsil sistemimiz var desək, yalan olar: “O qədər kiçik xalqlar var ki, möcüzələr yaradıb. Sinqapur, Vatikan kimi ölkələr elmi kəşflərlə tarix yazır.
20 Oktyabr 2020 14:48 Sosial"Bu gün güclü təhsil sistemimiz var desək, yalan olar: "O qədər kiçik xalqlar var ki, möcüzələr yaradıb. Sinqapur, Vatikan kimi ölkələr elmi kəşflərlə tarix yazır. Biz də bunu edə bilərdik, amma bu təhsil sistemi ilə mümkün deyil". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyiv. Deputat bildirib ki, Azərbaycanda kosmik sahədə peyklərimiz olsa da, kadrlarımız yoxdur. Bizdə tibb sahəsində elmi araşdırmalar aparılmır. Aparılırsa, nəticə yoxdur: "Elmin İnkişaf Fondu fəaliyyət göstərir, amma nə fəaliyyət göstərir, bəlli deyil. Təklif edirəm ki, bu fondun nümayəndələrini Milli Məclisə dəvət edək bizə görülən işlərlə bağlı hesabat versinlər. Təhsillə bağlı yeni nazirdən gözləntilər var, amma bu tək nazirlə olan iş deyil. Bu gün təhsil sahəsində görülən işlər dəryada damladır. Biz nə qədər xarici istehsaldan və texnologiyadan asılı qalmalıyıq?! Biz İsrail kimi dövlət olmalıyıq".
Milli Məclisin sədri Sahibə Qafarova isə Razi Nurullayeva cavabında bildirib ki, Azərbaycanda təhsil bitməyib : "Biz bu sahədə qanunvericiliyi təkmilləşdirməliyik, həmkarlarımın dediyi kimi".