Bakıda tıxaclar dayanacaqlarda sıxlığa səbəb olub - BNA
Ötən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub, nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb
20 Oktyabr 2020 12:38 SosialÖtən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub, nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb
Olaylar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumatda qeyd edilir ki, sərnişinlərin narahatlığına səbəb olan bu vəziyyətin yaranması axşam pik saatlarında əsas küçə və prospektlərdə tıxacların olması ilə əlaqədardır:
"Xətlərə adi rejimlə müqayisədə 13-15% artıq avtobus cəlb olunmasına və daha 70 avtobusun isə ehtiyyat kimi xətlərə çıxarılmasına baxmayaraq avtobuslar tıxacda qalaraq təyinat yerlərinə vaxtında çata bilməyib.
Məsələn "Koroğlu"-"28 May" istiqamətində hərəkət edən 8-ə yaxın müntəzəm və ekspres xətlər üzrə təxminən 50-dan artıq avtobus bir saatdan da artıq müddətdə sıxlıqda qalıb. Bu hal "28 May" m/st-nın ətrafı da daxil olmaqla "Koroğlu" m/st-na qədər bütün dayanacaqlarda sərnişinlərin uzun müddət avtobus gözləməsinə səbəb olub. Eyni vəziyyət Əhmədli-Q.Qarayev-Z.Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətində də müşahidə edilib".