ƏƏSMN-nın e-arayış xidmətlərinin sayı 15-ə çatıb
Cari ilin doqquz ayı ərzində vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib.
19 Oktyabr 2020 12:19 SosialCari ilin doqquz ayı ərzində vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu arayışlar iş yeri, əlillik, müavinət, pensiya, təqaüd, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. aid olub. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni elektron arayış xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Bu ilin sonuna qədər daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31