Zərdabda 4 mindən artıq insanın istifadə etdiyi yol yenidən qurulub

Zərdab rayonunda 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yüksək keyfiyyətlə yenidən qurulması işləri artıq sona çatdırılıb.

Zərdab rayonunda 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yüksək keyfiyyətlə yenidən qurulması işləri artıq sona çatdırılıb.

Bu barədə "OLAYLAR" -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata görə, bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31