“WhatsApp” messencerində çoxdan gözlənilən yeni Funksiya
19 Oktyabr 2020 10:40 Sosial"WhatsApp" messencerində tətbiqetmənin daxilində xüsusi çatda dəstək xidməti ilə əlaqə saxlamaq mümkün olacaq.
Olaylar.az xarici mediyaya istinadən bildirir ki, "Android" əməliyyat sistemi üçün 2.20.202.7 tətbiqetməsinin beta-versiyasının sazlamalar menyusunda istifadəyə verilmiş yeni bölmədə istifadəçi öz qurğusu və hər hansı problem haqqında informasiya barədə sorğu yarada biləcək. Bundan sonra istifadəçi xüsusi dəstək çatında mesaj alacaq və texniki mütəxəssislə əlaqə saxlaya biləcək.
Funksiya hazırlanma mərhələsindədir, istifadəyə verilmə tarixi hələ bilinmir.
Qeyd edilib ki, bundan əvvəl messencerin dəstək xidmətinə müraciət etmək üçün xüsusi poçt ünvanına elektron məktub göndərmək lazım idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31