Türkiyədə terror aktının qarşısı ən son anda alınıb
Türkiyənin Gazi Antəp şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.
18 Oktyabr 2020 11:25 SosialTürkiyənin Gazi Antəp şəhərində planlaşdırılan təhlükəli terror aktının qarşısı ən son anda alınıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, vətəndaşlar Şəhid Kamil rayonunda yerləşən Karşıyaka Polis Mərkəzinin qarşısında park edilmiş avtomobilin altındakı bağlamadan şübhələniblər. Çağırış yerinə gələn polis əməkdaşları avtomobilin altına itələnmiş çantada üç hissədən ibarət 1.2 kiloqram ağırlığında partlayıcı aşkar ediblər. Əldə düzəldilən partlayıcı zərərsizləşdirilib.
Çantanı maşının altına qoymaqda şübhəli bilinən iki şəxs saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31