Gəncədə təbii qaz təchizatı bərpa olunub - “Azəriqaz”

“Azəriqaz” İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə, oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə təbii qaz təminatı dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə, oktyabrın 17-də saat 00:50-də düşmən tərəfindən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə təbii qaz təminatı dayandırılıb.

Olaylar.az xəbər verir ki, Birlikdən  bildirilib ki, saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31