Koronavirusa yoluxan şagirdlərin sayı artdı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Olaylar.az xəbər verir ki,Nazirlikdən bildirilib ki, oktyabrın 16-da 15 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlanıb.

Ötən gün 8 sinif və 10 məktəb distant təhsilə keçib. Əyani təhsilə qaytarılmış siniflərin sayı 1 olub.

İndiyə qədər ölkə üzrə 47 məktəb, 65 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31